"Nürnberq"in baş məşqçisi: "Mahir Emrelinin qolu işimizi asanlaşdırdı"

İDMAN
12:36 21.10.2024
181
İlk qol işimizi asanlaşdırdı.

Bunu "Nürnberq"in baş məşqçisi Miroslav Kloze Almaniyanın II Bundesliqasının IX turunda "Qroyter Fyurt"a səfərdə 4:0 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.

Mütəxəssis futbolçuları haqqında xoş ifadələr işlədib:

"Onların enerjisi, münasibəti məni heyran etdi. Matç ərzində fantastik çıxış etdilər. Biz də belə oyun istəyirdik. Bu, məni çox sevindirdi".

Almaniyalı baş məşqçi Mahir Emreli və Stefanos Tsimas tandeminin uğurlu alındığını vurğulayıb:

"Mahir Emreli zədədən çox əziyyət çəkmişdi. Amma ona vaxt verdik".

Qeyd edək ki, Mahir Emreli sözügedən qarşılaşmada komandasının ilk qoluna imza atıb.
 
///report

OXŞAR XƏBƏRLƏR