Əməkdar artist Elza Seyidcahan İnstaqramda canlı yayıma girib.
Ad günündə olan müğənninin yanında həmkarı Nüşabə Ələsgərli də yer alıb. Nüşabə Elzanı ərə vermək istədiyini deyib.
Onun "Rzanın (N.Ələsgərlinin həyat yoldaşı - red.) subay qardaşı var, bəlkə sənə düzəldim" sözlərinə Seyidcahan "Əgər xasiyyəti də Rzanınkı kimidirsə, razıyam" cavabını verib.
Elza daha sonra solo konsert verəcəyini bildirib. O deyib ki, konserti aprelin 29-da Heydər Əliyev Sarayında keçiriləcək.
///Axşam.az