Nuşirəvan Məhərrəmli MTRŞ-ya yeni Aparat rəhbəri təyin etdi

Nuşirəvan Məhərrəmli MTRŞ-ya yeni Aparat rəhbəri təyin etdi
MEDİA
14:29 14.01.2019
3045
Milli Televiziya və Radio Şurasına (MTRŞ) yeni Aparat rəhbəri təyin edilib. 

AZXEBER.COM report-a istinadən xəbər verir ki, şura sədri Nuşirəvan Məhərrəmli Asəf Hacıyevin Aparat rəhbəri təyin olunması ilə bağlı müvafiq əmr imzalayıb.

MTRŞ-nın bundan əvvəlki Aparat rəhbəri Toğrul Məmmədov idi. O, Prezident İlham Əliyevin ötən ilin dekabr ayının 21-də imzaladığı sərəncamla Lənkəran Rayon Məhkəməsinə hakim təyin olunub.

Qeyd edək ki, A.Hacıyev 1967-ci il sentyabrın 21-də İmişli rayonunun Sarıxanlı kəndində anadan olub. 1974-1984-cü illərdə İmişli rayonunun Sarıxanlı kənd orta məktəbində təhsil alıb. 1985-1987-ci illərdə keçmiş SSRİ-nin Hərbi Hava Qüvvələri tərkibində hərbi xidmətdə olub. 

1988-1990-cı illərdə İmişli rayonunun "Bakı" kolxozunda fəhlə işləyib. 1990-cı ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin əyani şöbəsinə daxil olub. 1995-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 1996-cı ildə Tarix fakültəsinin "Dünya azərbaycanlıları" bölməsinə elmi işçi vəzifəsinə götürülüb. Tarix üzrə fəlsəfə doktorudur. 1995-1996-cı illərdə Bakı şəhəri Yasamal rayonu 225 saylı orta məktəbdə tarix müəllimi işləyib. 

1998-2007-ci illərdə "Azadinform" İnformasiya Agentliyinin direktoru, 2000-2007-ci illərdə "İntellekt" Araşdırmalar Mərkəzinin direktoru vəzifəsində çalışıb. 2007-ci ildə "Xəzər" TV-nin, 2008-ci ildə isə "Xəzər" radiosunun təsisçisi və prezidenti olub.

2010-cu ildə "Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görə" "Tərəqqi" medalı ilə təltif edilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
22:24 19.07.2025
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
22:05 19.07.2025
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
21:54 19.07.2025
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
21:43 19.07.2025
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
21:39 19.07.2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
21:02 19.07.2025
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
Prezident azad edilmiş ərazilərdə qısa müddətdə görülən işləri möcüzə kimi dəyərləndirib
20:56 19.07.2025
Prezident azad edilmiş ərazilərdə qısa müddətdə görülən işləri möcüzə kimi dəyərləndirib
İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik - İlham Əliyev
20:42 19.07.2025
İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik - İlham Əliyev
Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub
20:36 19.07.2025
Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub
İlham Əliyev Rusiya ilə Avropa İttifaqı arasında yaranmış təbii qaz böhranına münasibət bildirib
20:28 19.07.2025
İlham Əliyev Rusiya ilə Avropa İttifaqı arasında yaranmış təbii qaz böhranına münasibət bildirib
Sumqayıtda ağır yol qəzası baş verib, yaralılar var
20:26 19.07.2025
Sumqayıtda ağır yol qəzası baş verib, yaralılar var
Azərbaycan Prezidenti Ermənistanla sülh müqaviləsinin hansı halda imzalana biləcəyini açıqlayıb
20:19 19.07.2025
Azərbaycan Prezidenti Ermənistanla sülh müqaviləsinin hansı halda imzalana biləcəyini açıqlayıb
Prezident Şuşa Forumunda öz siyasətinin təməl prinsiplərini sadalayıb
20:17 19.07.2025
Prezident Şuşa Forumunda öz siyasətinin təməl prinsiplərini sadalayıb