Nusretə yaxın şəxslər Messinin arxiv görüntülərini yayıb.
AZXEBER.COM xəbər verir ki, restoran sahibi Nusret Gökçenin yaxınları Messi ilə onun arxiv görüntülərini paylaşıb. Görüntülərdə Messinin onunla şəkil çəkdirmək istədiyi görünüb.
Qeyd edək ki, Nusret Dünya Çempionatında Messinin onu saymaması ilə bir neçə gündür ki, gündəmdədir.
Dünyaca məşhur restoran sahibi Nusret Gökçe matçın sonunda Argentinanın ulduzu Messinin yanına getsə də, lakin Messi Nusretin bütün cəhdlərinə baxmayaraq, ona yaxınlaşmamışdı.
Yeni yayılan arxiv görüntülərini təqdim edirik: