Xaricdə "Salt Bae” kimi tanınan Nusret Gökçenin keçmiş işçiləri ABŞ mətbuatına danışıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, xaricdə "Salt Bae” kimi tanınan və paylaşdığı videolarda etdiyi "duzlama” hərəkəti ilə məşhurlaşan və dünyanın müxtəlif yerlərində 22 restoranı olan Gökçenin keçmiş işçiləri məhkəməyə müraciət edib.
ABŞ-ın aparıcı media qurumlarından biri olan İnsider-ə danışan iddiaçılar Gökçenin restoranlarında cinsiyyətçi atmosferin olduğunu və işçilərin milliyyətinə görə ayrı-seçkiliyə məruz qaldığını iddia ediblər. Nusret Gökçe ilə işləyən bəzi qadınlar "dekolte” geyinməyə məcbur olduqlarını bildiriblər.
Bəzi keçmiş işçilər də türk olmayan işçilərə qarşı pis rəftar və ayrı-seçkiliyə məruz qaldıqlarını iddia edirdilər. 2021-ci ildə məhkəməyə müraciət edən Angelo Maher adlı keçmiş işçi "Covid-19 qadağaları qaldırıldıqdan sonra, əvvəllər çox yaxşı işlədiyimə baxmayaraq, məni yenidən işə götürmədilər. Türk işçilər isə yenidən işə götürüldülər” - deyib.
Maher irqçi təhqirlərə məruz qaldığını da iddia edib.
"Nusr-Et Mayami”də çalışan qadın kişi işçilərin onu təqib etdiyini və ona daha dekolteli geyinməsi ilə bağlı xəbərdarlıq edildiyini bildirib.
Əvvəllər Nusr-Et New York-da bir barda işləyən Elizabeth Cruz adlı bir qadın "Baş menecer işdə ilk günümdə qısa ətək, hündürdaban ayaqqabı və dekolteli büst geyinməyimi istədi" şərhini verib. O, aşpazın ona seksist və irqçi ifadələr dediyini də bildirib.
Mikayıl