Nüvə müharibəsinin qalibi olmayacaq - Putin

Nüvə müharibəsinin qalibi olmayacaq - Putin
DÜNYA
21:21 01.08.2022
478
Nüvə müharibəsində heç kim qalib olmayacaq və bu müharibə heç vaxt başlamamalıdır.

AZXEBER.COM Modern.az-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Nüvə Silahlarının Yayılmaması Müqaviləsi konfransının iştirakçılarına müraciətində deyib.

O qeyd edib ki, Rusiya Federasiyası Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə ardıcıl şəkildə əməl edir.

"Müvafiq silahların azaldılması və məhdudlaşdırılması ilə bağlı ABŞ-la ikitərəfli müqavilələr üzrə öhdəliklərimiz də tam yerinə yetirilib", - deyə Putin əlavə edib.
OXŞAR XƏBƏRLƏR