Növbədənkənar prezident seçkiləri keçirilir - VİDEO
DÜNYA
13:57 14.04.2013
1238
Bu gün Venesuelada növbədənkənar prezident seçkiləri keçirilir. Artıq ötən gün ölkənin bütün seçki məntəqələrində təhlükəsizlik xidmətləri ilə bağlı tam hazırlıq işləri görülüb. Seçki məntəqələrinin mühafizəsi üçün ümumilikdə 125 min əsgər səfərbər edilib.Qeyd edək ki, sabiq prezident Uqo Çavez dünyasını dəyişdikdən sonra onu müvəqqəti olaraq vitse-prezident Nikolas Maduro əvəz edirdi. Hazırda ölkə başçısı vəzifəsinə namizəd olan Maduro Çavezin sadiq tərəfdarı olaraq onun yürütdüyü siyasət xəttini davam etdirəcəyini bildirib. Sonuncu təşviqat kampaniyasında Maduro seçki prosesində rəqiblərini ədalətli mübarizə aparmağa çağırıb.Sosialist namizəd, Nikolas Maduro: “Son bir həftədə mənə qarşı olduqca çirkin kampaniyalar keçirilib. Mənim şəxsiyyətimə qarşı alçaldıcı ifadələr işlədilib. Bu cür rəqabət çirkli rəqabətdir. Heç kimin qırmızı xətti keçməyə haqqı yoxdur”.Nikolas Maduroya qarşı müxalif blokda birləşən Miranda ştatının qubernatoru Enrike Kapriles isə artıq indidən Çaves hökumətinin seçkilərdə saxtakarlığa yol verəcəyi ilə bağlı xəbərdarlıq edib. Belə hal müşahidə olunacağı təqdirdə Kaprilesin “Ədalət Birinci” partiyası seçkilərin nəticələrini boykot edəcəyini bildirib.Qeyd edək ki, seçkilərə 19 milyon seçicinin qatılacağı gözlənilir. İlkin nəticələr isə, seçki məntəqələri bağlandıqdan 3 saat sonra məlum olacaq.