83 yaşlı Al Paçino 29 yaşlı sevgilisi Noor Alfallahın 8 aylıq hamilə olduğunu və uşaq gözlədiyini elan edərək dünyanı şoka salıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bununla belə, Al Paçino və Alfallahın münasibətləri və hamiləliyi ilə bağlı yeni iddialar irəli sürülüb.
Paçino sevgilisindən DNT testi tələb edir.
İddia edilir ki, Al Paçino Alfallahın hamilə olduğunu iki ay əvvəl öyrənib və prenatal DNT testi tələb edib.
Paçino və Alfallaha yaxın bir mənbə ötən gün Daily Mail-ə açıqlama verərək, "bir-birini çox sevən" cütlüyün hamiləlikdən çox xoşbəxt olduğunu iddia edib.
Gülay