La Liqanın yeni mövsümü çərçivəsində keçiriləcək "El-Klasiko”ların tarixi məlum olub.
Sports.ru xəbər verir ki, oktyabrın 24-nə təsadüf edəcək çempionatın 10-cu turunda "Barselona” "Kamp Nou” arenasında əzəli rəqibi olan Madrid "Real”ını qəbul edəcək.
Martın 20-də isə 29-cu tur çərçivəsində komandalar "Santyaqo Bernabeu”-da üz-üzə gələcəklər.
Qeyd edək ki, bu mövsüm İspaniya çempionatına avqustun 15-də start veriləcək.