Növbəti əsir mübadiləsi oldu

Növbəti əsir mübadiləsi oldu
DÜNYA
21:53 12.06.2025
835
Ukrayna və Rusiya İstanbulda keçirilən danışıqların ikinci raundu çərçivəsində hərbi əsirlərin növbəti mübadiləsini həyata keçiriblər. Tərəflər iyunun 12-də yaralı və ağır yaralı hərbçilərdən ibarət qrupları vətənə qaytarıblar.

AZXEBER.COM "Unikal"a istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, "bu gün ordumuzun əsgərlərini, Milli Qvardiya, Sərhəd Xidməti əməkdaşlarını evlərinə qaytardıq”. Prezidentin sözlərinə görə, onların hamısının müalicəyə ehtiyacı var və onlara zəruri tibbi yardım göstəriləcək. Bu, ağır yaralı və ağır xəstə hərbçilərin geri qaytarılması üzrə artıq ikinci mərhələdir.

"Rusiya əsirliyində olan hər bir vətəndaşımızın geri qayıtması üçün işləri davam etdiririk. Bu mübadilələrin həyata keçirilməsində çalışan hər kəsə təşəkkür edirəm. Hər kəs evinə - Ukraynaya geri dönməlidir”, – deyə Zelenski qeyd edib.

İyunun 2-də İstanbulda baş tutmuş danışıqların ikinci raundundan sonra Ukrayna və Rusiya nümayəndə heyətləri bütün ağır yaralı və ağır xəstə hərbçilərin, o cümlədən 18-25 yaş arası əsirlərin dəyişdirilməsi barədə razılığa gəliblər.

Bildirilib ki, bu kateqoriyadan olan əsirlərin mübadiləsi saya görə deyil, "hamının hamıya” prinsipi əsasında aparılacaq. Bununla yanaşı, Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bəyan edib ki, yeni mübadilə çərçivəsində tərəflər "1200-ün 1200-ə” formatında əsir mübadiləsini həyata keçirəcəklər.

Bundan əlavə, tərəflər təxminən 6 min hərbçinin cəsədinin repatriasiyası (vətənə qaytarılması) barədə də razılıq əldə ediblər. Lakin Prezident Zelenski bildirmişdi ki, bu prosesdə ehtiyatlı olmaq lazımdır, çünki ruslar onların əlində olan cəsədlərin cəmi 15–20 faizini tanıya biliblər.

"Bizim üçün əsas məsələ rusların deyil, ukraynalıların cəsədlərini qaytarmaqdır”, – deyə dövlət başçısı əlavə edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü
03:15 19.09.2026
Rusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü
Venesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
02:37 19.09.2026
Venesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
Nobel mükafatının məbləği artırıldı
01:29 19.09.2026
Nobel mükafatının məbləği artırıldı
Qarabağda gündəm olan görüntünün hekayəsi: Hərbçimizlə erməni qadın arasında diqqətçəkən dialoq - Video
01:03 19.09.2026
Qarabağda gündəm olan görüntünün hekayəsi: Hərbçimizlə erməni qadın arasında diqqətçəkən dialoq - Video
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
00:42 19.09.2026
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
00:38 19.09.2026
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
00:27 19.09.2026
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
00:21 19.09.2026
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
Bürclər bu günə nə deyir?
00:07 19.09.2026
Bürclər bu günə nə deyir?
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
23:49 18.09.2026
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
23:38 18.09.2026
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Qərarsız olan dörd bürc
23:29 18.09.2026
Qərarsız olan dörd bürc
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
23:12 18.09.2026
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
23:04 18.09.2026
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
Yardımlıda açıq ərazidə yanğın olub - Video
22:53 18.09.2026
Yardımlıda açıq ərazidə yanğın olub - Video
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər
22:37 18.09.2026
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər