Növbəti iki gündə Bakıda leysan yağacaq, subasma halları istisna olunmur - XƏBƏRDARLIQ

Növbəti iki gündə Bakıda leysan yağacaq, subasma halları istisna olunmur - XƏBƏRDARLIQ
SOSİAL
12:30 14.04.2025
353
Bakı və Abşeron yarımadasında aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı, yağışın leysan xarakterli olacağı, arabir intensivləşəcəyi gözlənilir.

AZXEBER.COM xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

Bildirilib ki, aprelin 16-da yağışın aramsız güclü olacağı ehtimalı yüksəkdir. Prosesin şimşək və güclü küləklə müşayiət olunacağı gözlənilir.

Gözlənilən intensiv və güclü yağışla əlaqədar Abşeron yarımadasının bəzi ərazilərində subasma halları istisna olunmur.

Yağıntının aprel ayının 17-dək davam edəcəyi gözlənilir.
OXŞAR XƏBƏRLƏR