Növbəti il neftdən gələn gəlirin 4 faiz azalması nəzərədə tutulur - Samir Şərifov

Növbəti il neftdən gələn gəlirin 4 faiz azalması nəzərədə tutulur - Samir Şərifov
İQTİSADİYYAT
11:58 23.12.2020
652
Növbəti ildə neft sektorundan gələn gəlirin xüsusi çəkisinin 4 faiz azalması nəzərədə tutulur.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, əsas məqsədlərdən biri qeyri-neft sektorunun gəlirlərdə xüsusi çəkisinin artırılmasıdır.

"Gələn il qeyri-neft sektorundan 5 milyard 674 milyon manat vergi daxilolmaları gözlənilir".

S.Şərifov vurğulayıb ki, koronavirus pandemiyası ilə əlaqədar bir sıra vergi güzəştlərinin tətbiqinə nəzərə alaraq bu il mənfəət vergisində artım gözlənilmir.
OXŞAR XƏBƏRLƏR