Növbəti köç karvanı Kəngərliyə yola düşdü

Növbəti köç karvanı Kəngərliyə yola düşdü
SOSİAL
08:57 20.05.2025
352
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

AZXEBER.COM xəbər verir ki, bu mərhələdə Ağdam rayonunun Kəngərli kəndinə 50 ailə - 207 nəfər köçürülüb.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.
OXŞAR XƏBƏRLƏR