Nyu-Mexikoda meşə yanğını: 7 min insan təxliyə ediləcək

Nyu-Mexikoda meşə yanğını: 7 min insan təxliyə ediləcək
DÜNYA
12:04 18.06.2024
128
Nyu-Mexikonun Ruidoso kəndinin meşə sahəsində baş verən yanğın sürətlə yayılıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, təxminən 5 kvadrat kilometr ərazini əhatə edən yanğınla əlaqədar təhlükəsizlik məqsədilə kəndin bir hissəsinə elektrik enerjisi verilişi kəsilib.

Bundan sonra səlahiyyətlilər 7 min insandan əşyalarını toplamadan evlərini tərk etmələrini istəyib.

Yanğınla əlaqədar kənddən 121 kilometr aralıda yerləşən Rosvel şəhərində çoxlu təxliyə mərkəzləri yaradılıb.

Yanğın nəticəsində yaranan tüstü səbəbindən Ruidoso kəndi və onun ətrafında "havanın keyfiyyəti pis” siqnalı verilib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR