Nyu-York polisinə “iPhone7” verilib

Nyu-York polisinə “iPhone7” verilib
DÜNYA
18:01 06.02.2018
1407
ABŞ-da Nyu-York şəhər Polis İdarəsi öz əməkdaşlarına yeni "iPhone7” və "iPhone7 plus” paylamağa başlayıb.

Həmin smartfonların köməyi ilə polis zabitləri küçələrdə patrula çıxacaq, cinayətkarları axtaracaq.

Cənubi Manhetten polis departamentinin patrul xidmətinin 36 min əməkdaşı artıq yeni smartfonla təmin olunub. "iPhone”lar ştatın mülkiyyəti hesab olunur və polislərin onlardan şəxsi məqsədlərlə deyil, yalnız xidməti alət kimi istifadə etmələri tələb olunur.

Yeni smartfonların köməyi ilə patrul polisi həmkarları ilə rabitə quracaq, bələdçilərin göndərdiyi istiqamətlərlə tanış olacaq, polis qərargahının göndərdiyi ismarıcları oxuyacaq və lazım gəldikdə sosial şəbəkələri izləyəcək.
 
///Oxu.Az
OXŞAR XƏBƏRLƏR