Nyu-Yorkda terror aktı həyata keçirilib.
AZXEBER.COM Ölkə.Az-a istinadən xəbər verir ki, şəhərin Manhetten rayonunda velosiped yoluna çıxan yük avtomobili velosipedçiləri vuraraq məktəbliləri aparan avtobusa çırpılıb. Sürücü polis tərəfindən zərərsizləşdirilib və xəstəxanaya yerləşdirilib. Polis hadisənin terror aktı olduğunu deyib.
Terror aktı nəticəsində 8 nəfərin öldüyü, 10 nəfərin yaralandığı təsdiqlənib. Ölənlərdən 6-sı əcnəbi, 2-si ABŞ vətəndaşıdır.
Araşdırmaalr zamanı məlum olub ki, hadisə İŞİD terror qruplaşması tərəfindən həyata keçirilib. Terror aktı bir neçə həftə bundan əvvəl planlaşdırılıb. Bu barədə saxlanılan şübhəli şəxs bildirib.
"Polis tərəfindən saxlanılan şübhəli şəxs verdiyi ifadədə bildirib ki, terror aktını İŞİD terror təşkilatının sifarişilə həyata keçirib. Terror aktı bir neçə həftə ərzində planlaşdırılıb”, - şübhəli şəxs polisə bildirib.