"Nyukasl"ın futbolçusu: "Qarabağ" Coni Montiellə yaxşı hücumlar qurur

"Nyukasl"ın futbolçusu: "Qarabağ" Coni Montiellə yaxşı hücumlar qurur
İDMAN
22:47 23.02.2026
699
"Nyukasl" futbolçuları "Qarabağ"la matçda yarımmüdafiəçi Coni Montieli diqqətdə saxlayacaqlar".

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bunu "Nyukasl" klubunun futbolçusu Ceykob Mörfi "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

O, "Qarabağ"ın zəif rəqib olmadığını vurğulayıb:

"Qarabağ" əslində çətin rəqibdir. Heyətlərində 9 nömrəli futbolçu Coni Montiellə arxadan yaxşı hücumlar qururlar. Bu məqama diqqət yetirməliyik. Doğma meydanda çıxış etdiyimiz üçün öz oyun prinsiplərimizi tətbiq etməyə çalışacağıq".

Qeyd edək ki, "Nyukasl" - "Qarabağ" oyunu fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq. Bakıdakı ilk qarşılaşmada qonaqlar 1:6 hesabı ilə üstün olub.
OXŞAR XƏBƏRLƏR