"O anaları fərqləndirmək üçün “Şəhid anası” fəxri döş nişanının təsis edilməsini təklif edirəm"

"O anaları fərqləndirmək üçün “Şəhid anası” fəxri döş nişanının təsis edilməsini təklif edirəm"
SOSİAL
11:07 20.03.2021
832
Novruz bayramı! Bayramların arasında ən əziz, ən doğma, ən sevimli bayram Novruz bayramıdır! Hətta sovet dönəmində, Novruz bayramı rəsmi qeyd olunmayan zamanlarda da bütün evlərdə bayram keçirilirdi. Mənim nənəm, anam, xalalarım paxlava, şəkərbura, şorqoğal bişirər, xonça bəzədərdilər. Bu il Novruz bayramı xüsusiliə təmtəraqlıdır. Biz erməni işğalı altında olan torpaqlarımızı azad eləmişik.
 
Ancaq mən bu bayram günlərində üç min şəhid anasını yada salmaq istərdim.  Onların şəhid oğullarının şücaəti hesabına biz torpaqlarımızı erməni tapdağından azad etmişik. Mən "Şəhid anası” fəxri döş nişanının təsis edilməsini təklif edirəm. Vətənə layiqli övlad böyüdən anaları fərqləndirmək üçün. Qoy əsgər və zabitlər o anaları görəndə rəsmi şəkildə təzim eləsinlər. Bütün məmurlar günün istənilən vaxtı növbədən kənar şəhid analarını qəbul eləyib, onların bütün problemlərini həll eləsinlər. Dünyanın heç bir yerində belə  bir nişan yoxdur.
 
Bu nişan ürəkləri paralanan analara verilən qiymət olacaq. Biz azərbaycanlılar dünyada ilk olaraq bunu edə bilərik. Heç bir qayğı, heç bir döş nişanı onların oğullarını geri qaytarmayacaq. Övlad itirmək hər bir ana  üçün bu fəlakətdir. Ancaq onlara döş nişanı təqdim eləmək bizim şəhid analarına olan qayğımızın, sonsuz minnətdarlıq hissimizin təzahürü olar. Qoy şəhid anaları hər dəqiqə bizim onlara olan diqqətimizi hiss eləsinlər. Hörmətli Prezidentimizin II Qarabağ Müharibəsinin qələbə ilə başa çatmasında əvəzsiz rolunu, şəhid ailələrinə qayğısını xüsusilə qeyd etmək istəyirəm. Bizim qələbəmiz ağlasığmayan bir möcüzə idi. Biz qələbəni  Prezidentimiz, rəşadətli ordumuz, döyüşlərdə öz canından keçən oğullarımız və onların analarının sayəsində qazandıq. Biz şəhid analarının qarşısında baş əyirik!
 
Çingiz Abdullayev, Xalq yazıçısı

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan XİN Pakistana başsağlığı verib
19:38 28.06.2025
Azərbaycan XİN Pakistana başsağlığı verib
Rusiya XİN azərbaycanlılara qarşı zorakılığa münasibət bildirib
19:26 28.06.2025
Rusiya XİN azərbaycanlılara qarşı zorakılığa münasibət bildirib
Ombudsman Səbinə Əliyeva Rusiya ombudsmanına rəsmi məktub ünvanlayıb
19:15 28.06.2025
Ombudsman Səbinə Əliyeva Rusiya ombudsmanına rəsmi məktub ünvanlayıb
Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək
18:53 28.06.2025
Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək
Zelenski Trampla son görüşdən razı qaldığını açıqlayıb
18:41 28.06.2025
Zelenski Trampla son görüşdən razı qaldığını açıqlayıb
Baksol yolunda kanalizasiya quyusuna düşən gəncin meyiti tapılıb
18:36 28.06.2025
Baksol yolunda kanalizasiya quyusuna düşən gəncin meyiti tapılıb
Ukrayna Təhlükəsizlik Xidməti Krımda Rusiyanın 3 helikopterinin məhv edildiyini bildirdi
17:49 28.06.2025
Ukrayna Təhlükəsizlik Xidməti Krımda Rusiyanın 3 helikopterinin məhv edildiyini bildirdi
Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - FOTO
17:35 28.06.2025
Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - FOTO
Rusiyada hücuma məruz qalan azərbaycanlıları ÖMÜRLÜK HƏBS gözləyir - İttihamları BİLİNDİ
17:21 28.06.2025
Rusiyada hücuma məruz qalan azərbaycanlıları ÖMÜRLÜK HƏBS gözləyir - İttihamları BİLİNDİ
İş adamları və əhali “Ziraat Bank Azərbaycan”dan pullarını geri götürür
17:05 28.06.2025
İş adamları və əhali “Ziraat Bank Azərbaycan”dan pullarını geri götürür
Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb
16:49 28.06.2025
Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb
Cümşüd evin tək övladı imiş… - VİDEO
16:44 28.06.2025
Cümşüd evin tək övladı imiş… - VİDEO
Rusiyada şovinist siyasətin yeni dalğası: Miqrantlara və qeyri-ruslara qarşı sistemli təzyiqlər
16:23 28.06.2025
Rusiyada şovinist siyasətin yeni dalğası: Miqrantlara və qeyri-ruslara qarşı sistemli təzyiqlər
Bakıda iqtisadi əməkdaşlıq görüşü baş tutdu - FOTOLAR
16:21 28.06.2025
Bakıda iqtisadi əməkdaşlıq görüşü baş tutdu - FOTOLAR
Rusiyada qətlə yetirilənlərin cənazələrinin Azərbaycana gətiriləcəyi TARİX BİLİNDİ
16:16 28.06.2025
Rusiyada qətlə yetirilənlərin cənazələrinin Azərbaycana gətiriləcəyi TARİX BİLİNDİ
KİV: Moskva vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var
15:57 28.06.2025
KİV: Moskva vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var