"O avtosalonu mən dağıtmamışdım" - Şəhriyar Hüseynzadə

"O avtosalonu mən dağıtmamışdım" - Şəhriyar Hüseynzadə
İDMAN
21:17 19.01.2017
3133

"O avtosalonu mən dağıtmamışdım" 

 

AZXEBER.COM olaraq Kung Fu Sanda üzrə idmançı Şəhriyar Hüseynzadə ilə olan müsahibəni təqdim edirik.

 

- Şəhriyar həmişə adınız qalmaqalda söz söhbətdə çox hallanıb nədən irəli gəlir bu ?

Əslində o qədər söhbətin içində neynirəm özümdə bilmirəm ! Mən Bərdədə doğulmuşam ,6 yaşımdan Bakıya gəlmişəm təhsilimi də yasamalda 13 n -li məktəbdə almışam. Ailədə beş nəfərik,Atam qardaşım anam bacım .

- İlk idmana başlayanda kimdən yox sözü eşittiniz kimdən dəstək aldınız ?

Əslində atam qoymurdu idmana başlayım yəni məşğul olum,özümü müdafiə lazım idi ,o səbəbdən də ilk dəfə 11 – yaşımda samboyla məşğul olmağa başladım .24 -25 yaşımda isə Uşu sanda ilə məşğul olmuşam .

Uğursuzluqlarım da uğurlarım da olub .

Birini söyləyə biləərm ki ,İtaliyanın Carrara şəhərində keçirilən Dünya Çempionatında finala qədər yüksəldim. Finaldakı rəqibim fransalı idi. İlk raundda xal hesabında öndə idim. Ancaq gözlənilmədən hər şey dəyişdi. İkinci raundda çiynimdən ağır zədə aldım. Həkimlər mübarizəyə icazə vermədilər. Bununla da texniki məğlubiyyətlə ikinci oldum

-Təhsil insanın həyatında ən önəmli seçimdir .Siz necə bu sahədə düzgün adddım atmısınız yoxsa ?

Bizim ailədə təhsilə maraq böyükdür. Ailəmdə hər kəs təhsil alıb . Bacım Londonda oxuyur qardaşım təhsilini bitirib anam atam da məndə həmçinin .

İlk olaraq Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsində təhsil almışam. Daha sonra 2009 – 2010 cu ildə əsgərliyə gettim vətənə olan borcumu ödədim sağ salamat qayıdıb ,Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil oldum təhsilimi davam etdim.

- İlk iş yeriniz hara olub ?

Ilk iş yerim Sabunçu rayon məhkəməsi olub məsləhətçi olaraq çalışmışam. İşimlə bərabər həmin vaxtda samboyla da məşğul idim ,turnirlərin qalibi oldum .türkiyədə keçirilən turnirlərə qatılırdım yəni davam edirdim.

- Əgər başqa idman növünü seçərdim desəydiniz?

Güləşi seçərdim ! Güləşməyi o idman növünü çox sevirəm. İndi də güləşçilərimizdən Toğrul Əsgərovu bəyənirəm.

- Bir ara dedilər ki,nəsə avto salonu dağıtmısınız ?Dava olub !Düz idimi ?

Deməli bu elə söhbət idi ki,heç onu edən adamı mən tanımırdım.Həmin avtosalonla tanışlığım olub dostum neçə il qabaq maşın alıb sonradan nəsə söz söhbət olub mənim adım gedib. Daha sonar kimsə şəklimi sosial şəbəkədən götürüb ,hansısa sayta sifarişlə yazı yazdırıb .Bu kimi ,şeylər çox baş verib .Mənlə işi olan adamlardı.Sifarişlə iş gördürürlər.

Hal hazırda hansı işlə məşğulsunuz ?

İndi ,Neftçala polis şöbəsinin əməkdaşıyam.

- Boş vaxtlarınız olur yoxsa ?

Demək olar ki,iş çoxdu boş vaxt tapmıram amma olan kimi də idmana gedirəm çünki bir az çəki atmalıyam.


- Ən böyük davan nə zaman olub ?

Davanı sevmirəm amma sakit də deyiləm .Dava deyəndə daha çox məktəb vaxtları olurdu .

- Tez tez nəyə ən çox əsəbləşirsiniz ? 

Əslində elə gərgin iş rejimi əsəb deməkdir daha çox işdə olur . 

- İndiyənə kimi getdiyiniz ölkələrdə ən çox maraqlı olan nə olub sizin üçün ?

Ən çox Praqanı Sidney ,xoşuma gəlir .Bəzi yerlərdə apaçilər var onlar xoşuma gəlir artıq o yerləri turistik yerlər edib.Hər ölkədə turist gələn kimi məhz o yerlərə gedirlər ! 

- Bundan sonra yarışlara qatılacaqsınız ?

Çəki problemim var onu həll etməyə çalışıram ondan sonra qatılmağı düşünürəm. əlbəttə.

- İslam Oyunlarında sizin idman növü olmasa da qeyri olimpiya idman növləri var , nə gözləntiləriniz var ?

Mən çox sevinirəm ki ,Avropa Oyunları Şahmat Olimpiadası ,Formula və İslam Oyunları kimi idman yarışları məhz Azərbaycanda keçirilir .Belə səs - küylü layihələr həmişə ölkənin imicini formalaşdırır.

 

Ümumiyyətlə bizim ölkədə gənclərə diqqət qayğı məni sevindirir.Cənab prezidentə cənab nazir Ramil Usubova ,təşəkkürümü bildirirəm bir gənc kimi .

Məni hər zaman işimdə dəstək olan Neftçala rayon polis söbəsinin rəhbərliyinə təşəkkürümü bildirirəm

 




OXŞAR XƏBƏRLƏR