"İndi fanat yoxdur, hamısı qışqırıb-bağıranlardır".
AZXEBER.COM xəbər verir ki, bunu "Afaqla onlar" verilişində Xalq artisti Nazpəri Dostəliyeva deyib.
O, fanatlarına zaman ayıra bilmədiyi üçün problemlər yaşadığını deyib:
"İndi fanat anlayışı yoxdur, indikilər çağırıb-bağırır. Fanat o zamanlar idi. İndi mənim əsl fanatlarımın 40 yaşı var. Məndən çox küsən fanatlarım var. Çünki olarla görüşə bilmirəm, zaman ayıra bilmirəm. Fanatım məni doğum gününə dəvət etmişdi, gedə bilmədim çünki qardaşım əməliyyatda idi. O, müğənni Kərim Abbasovdur. O uşaqlıqdan mənim ilk fanatlarımdandır. Elə fanatlarım var ki, onların bu gün də şad günlərində iştirak edirəm.
Mən o faciədən sonra sənətə qayıtmamalı idim. Deyirdim sənətim də bitdi, adım da... Bu boyda faciədən sonra sənətə sevənlərimə görə qayıtdım. Onların təkidi, göz yaşı, sevgisi məni geri qaytardı. Bir oğul itirdim amma yüzlərlə övlad qazandım".
Aysel