O da Bakıda konsert verəcək - FOTOLAR

O da Bakıda konsert verəcək -  FOTOLAR
DÜNYA
00:08 03.04.2013
2846

Türkiyənin tanınmış müğənnisi Davut Güloğlu Bakıya gələcək.

Bu barədə AZXEBER.COM-a təşkilatçı Samir Xəttab məlumat verib. O, bildirib ki, Davut Güloğlu iyun ayında ölkəmizdə qonaq olacaq:

“Davut Güloğlu Azərbaycanda dinlənilən bir ifaçıdır. İnsanlara maraqlı olduğu üçün "HAS Production" və mən düşündük ki, onu Bakıya konsert vermək üçün dəvət edək. Davut Güloğlu ilə razılığa gəlib müqavilə bağladıq. 8 İyunda Bakıda Konsert proqramında Azəristar müsaibqəsindən tanıdığımız Arzu Seyidzadə ilə eyni səhnəni bölüçəcək. Konsertdə Arzu Seyidzadə ve Davut Güloğlunun dueti də səslənəcək. Tezliklə hər iki müğənninin birgə reklam anonsu sevənləri üçün yayımlanacaq. Bunun üçün önümüzdəki həftə İstanbula yola düşəcəyik. İstanbulda həm reklam anonsu çəkiləcək həm də Arzu Seyidzadə üçün Türkiyənin məhşur bəstəkarının hədiyyəsi olan 2 bəstənin səs yazması olacaq. Bu bəstələrdən birinə elə İstanbulda klip də çəkiləcək. Çox əminik ki, Arzu Seyidzadənin bu iki mahnısı da yayin xitinə çevriləcək ”.

OXŞAR XƏBƏRLƏR