O da partiya sədri oldu

DÜNYA
01:14 15.04.2013
1085

Levon Ter-Petrosyanın liderlik etdiyi Erməni Milli Konqresi partiyaya çevrilib

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan partiya sədri seçilib. Onun liderlik etdiyi Erməni Milli Konqresi qurultay keçirərək rəsmən partiyaya çevrilib və sabiq prezidentin sədrliyi ilə fəaliyyət göstərməyə qərar verib. Erməni Milli Konqresi Partiyası 2008-ci ilin prezident seçkisi ərəfəsində müxalif partiyalardan qurulmuş koalisiyanın və sabiq prezidentin vaxtilə rəhbərlik etdiyi Erməni Ümummilli Hərəkatının bazasında yaradılıb. Levon Ter-Petrosyan 1945-ci ildə doğulub. 1989-cu ildə Erməni Ümummilli Hərəkatının sədri seçilib. 1990-98-ci illərdə Ermənistana rəhbərlik edib (əvvəl parlamentin sədri, daha sonra prezident kimi). 1998-ci ilin fevralında Dağlıq Qarabağ münaqişəsinin mərhələli həll planına razılaşdığı üçün istefa verməyə məcbur edilib.

OXŞAR XƏBƏRLƏR