"O geyindiyi formaya hörmət etmir" - İkardi Messini günahlandırdı

"O geyindiyi formaya hörmət etmir" - İkardi Messini günahlandırdı
İDMAN
14:48 24.05.2018
4871
İtaliya A seriyasının cari mövsümdə İnter-in heyətində bombardiri olan Mauro İkardi Argentina millisinin dünya çempionatı üçün açıqlanan heyətində yer almayıb.

Messinin istəmədiyi futbolçu İnstagram səhifəsindən üzüntüsünü ifadə edən paylaşımla diqqət çəkib:

"Mənim xəyalım öldü, mənim ümidlərim öldü. Bunun üçün hər gün çalışdım və niyə şans almadığımı bilirəm. Bu ayıbdır. Çünki, o adam (Messini nəzərdə tutur - red) bizim geyindiyimiz formanın dəyərlərinə hörmət etməyib ki, mənim də şansım olsun. Bu sevgi əbədidir".
 
///goal.az
OXŞAR XƏBƏRLƏR