Putin görüşmək istəmədiyinə görə məni Moskvaya dəvət edir.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makronla birgə mətbuat konfransında deyib.
"Amerikalı tərəfdaşlarımız deyiblər ki, Putin məni Moskvaya dəvət edib. Məncə görüşmək istəmədiyinə görə məni Moskvaya dəvət edib. Hazırda Rusiya tərəfdən müharibəni dayandırmaq üçün hər hansı bir istək görmürük”, - Zelenski bildirib.