O hamının yanındadır: Uşağın da, qocanın da, gəncin də...

O hamının yanındadır: Uşağın da, qocanın da, gəncin də...
SOSİAL
15:16 03.07.2018
10944
Azər Niftiyev
Sosial Media Mərkəzinin direktoru

"O hər yerdədir. Qayğıya ehtiyacı olan uşaqların, ahılların, gənclərin, hətta sahibsiz heyvanların yanında. Onu hamı sevir. Nə qədər gənc olsa da, hamının rəğbətini qazanıb, hamı öz dərdini ona rahatlıqla danışa bilir, çünki dinləməyi və dərdə şərik olmağı bacarır”.

Heç bir təqdimata ehtiyacı olmayan vətənpərvər gəncdən – Leyla Əliyevadan danışırıq.

Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın doğum günüdür.

İrsən gələn istedad

İnsanın valideynləri, baba və nənələri, uşaq yaşlarından əhatəsində böyüdüyü qohumları, ailəvi dostları heç şübhəsiz onun bir şəxsiyyət kimi  yetişməsində müstəsna rol oynayır. Leyla Əliyeva 8 böyük şəxsiyyətin – Azərbaycan xalqının Ümumumilli Lideri Heydər Əliyevin, tanınmış ofomoloq-alim, akademik Zərifə Əliyevanın, tanınmış fizik-alim, akademik Arif Paşayevin və tanınmış şərqşünas-alim, professor Aida İmanquliyevanın nəvəsi, XX əsr ədəbiyyatına öz möhürünü vurmuş istedadlı ədib Mircəlal Paşayevin və Azərbaycan mətbuatının ünlü simalarından olan professor Nəsir İmanquliyevin nəticəsi, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın qızıdır.
 

 

Gənc olmasına baxmayaraq...

Avropa Biznes Məktəbinin və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunu olan Leyla Əliyeva hələ tələbə ikən bu institutda Azərbaycanlılar klubu yaradıb, həmin kluba başçılıq edib. 2007-ci Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəridir. Bir neçə il bundan əvvəl Moskvada "Baku" jurnalını təsis edib. Bu gün bir neçə dildə nəşr edilən bu jurnalın təsisçisi və baş redaktorudur. "Xocalıya ədalət" kampaniyasının təşəbbüskarıdır. Islam Konfransı Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisi, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədridir. Bunlar Leyla Əliyevanın statuslarının sadəcə siyahısı deyil, bu siyahının arxasında dünyanın müxtəlif ölkələrində Leyla Əliyevanın həyata keçirdiyi real fəaliyyət dayanır.
 
 


Humanizmi həyat tərzinə çevirən insan

Leyla Əliyevanın geniş ictimai fəaliyyəti həm Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda hər kəsə yaxşı məlumdur. O, yaşlı insanlara, valideyn qayğısından məhrum olmuş uşaqlara, qaçqın və məcbur köçkün ailələrinə yardım göstərir.

Bundan başqa, Leyla Əliyeva təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində bir çox layihələrdə bilavasitə iştirak edir. Onun hər bir layihəsi qayğı və sevgi ilə, xeyirxahlıq arzusu ilə əhatə olunub və bu amillər bir çox insanı Leyla Əliyevanın və onun ideyaları ətrafında birləşdirir. 

Leyla Əliyevanın rəhbərlik etdiyi "AMOR” Rusiyada ən fəal və nüfuzlu gənclər strukturuna çevrilib. Təşkilatın çoğrafi məkanı daim genişlənir, onun himayəsi altında keçirilən tədbirlərin sayı artır. Leyla Əliyevanın rəhbərliyi altında "AMOR” Rusiya sakinlərini Azərbaycanın tarixi və mədəniyyəti ilə daha yaxından tanış etmək üçün fəal çalışır.
 

 

Leyla Əliyeva gənc olsa da, istər ölkə daxilində, istərsə də ölkə hüdudlarından kənarda böyük uğurlara imza atıb. Təvazökarlığı, xeyirxahlığı, sadəliyi ilə milyonların rəğbətini qazanan Leyla Əliyeva qayğıya ehtiyacı olan insanların hamisinə çevrilib

Ad günün mübarək, Leyla xanım!
 

 

 
OXŞAR XƏBƏRLƏR