”O jurnalistə zəng edib dedim ki...” Cavid Hüseynov

İDMAN
00:29 09.08.2015
1854
Bu gün jurnalist Rasim Əliyevin “Qəbələ” klubunun oyunçusu Cavid Hüseynovun qohumları tərəfindən döyüldüyü haqda məlumatlar yayılıb. Jurnalist Meydan TV-yə açıqlamasında buna səbəb kimi Facebook səhifəsində yazdığı tənqidi statusu göstərib.

Bununla bağlı Cavid Hüseynov özü “Qafqazinfo”ya açıqlama verib. O, məsələyə belə aydınlıq gətirib:

“”Facebook”da kiprli jurnalistin mәnә ünvanladığı suala verdiyim cavabı qeyri-etik jest kimi bir nәfәr paylaşmışdı. Mәn orda iki yumruğumu bir-birinә vurmuşdum. Amma o yazmışdı ki, guya mәn bir әli açıq şәkildә o biri әlimdә yumruğuma vurub әdәbsiz cavab vermişәm. Bu, belә deyil.

Mәn dә onu gördüm vә hәmin adama zәng vurdum . Dedim ki, mәnә tәrbiyәsiz deyirsәnsә, gәl mәnim mәktәbimdәn, yaşadığım yerdәn tәrbiyәmi öyrәn. Gör necә adamam. Mәhəllәdә hәr yerdә ailәmә qarşı münasibәti gör. Biz 3 uşaq olmuşuq vә özümüzü necә aparmışıq gәl gör. Mәdәniyyәtimizi dә özün görәrsәn. Anam “astanovka”dan evә gәlәndә uşaqlar onu necә sevinclә qarşılayır. O jurnalistә hәr şeyi olduğu kimi danışdım...”

Cavid Hüseynovun sözlərinə görə, Rasim Əliyev ondan hətta bu paylaşıma görə üzr də istəyib:

“Videoya kim baxsa, görәr ki, mən yumruğumu yumruğuma vurub bizim yumruq kimi ölkә olduğumuzu demişәm. Biz qardaşıq, biz dostuq. Ona dedim ki, yazını düzәlt. Dedi ki, oldu. Üzr istәyirәm sәhvimә görә. Biz bunları danışmışıq. Amma döymәk söhbәti düzgün deyil”.

OXŞAR XƏBƏRLƏR