"O ki qaldı müxalif gənclərin iddialarına ..."

GƏNCLİK
17:56 18.04.2014
1859

“Ölkə gəncliyi bütün xarici ideologiyaların ölkəmizə idxalına qarşı qətiyyətlə “yox” deyir”

“Azərbaycan gəncliyinin seçimi aydındır. Gəncliyimiz ölkədə həyata keçirilən islahatların iştirakçısı və dəstəkçisidir”.

Bu sözləri Editor.az-a açıqlamasında “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramov bir qrup müxalif gəncin ölkə gəncliyi adına iddia etməsinə münasibət bildirərkən belə deyib.

Onun sözlərinə görə, bütün dünyaya yayılan tələbə və məzun gənclərimiz seçkilərdə aydın şəkildə mövqeyini ortaya qoyub: “Rəhbərlik etdiyim “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sıralarında olan gənclər, o cümlədən bütövlükdə ölkə gəncliyi son seçkilərdə qəti mövqeyini ortaya qoydu. Bu mövqe ölkənin inkişafına, rifahına, səadətinə verilən dəstək idi və gənclərimiz kütləvi şəkildə seçki məntəqələrinə gedərək, İlham Əliyevə etimad göstərdi. Bu gün Azərbaycan gəncliyinə bütün imkanlar yaradılıb. Gənclərimiz karyera qurmaq, xaricdə təhsil almaq, dövlət və özəl sektorda önə çıxmaq, öz potensialını gerçəkləşdirmək imkanlarına malikdir. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun, Przeident Admisntrasiyası ictimai-siyasi şöbəsi nəzdindən Gənclər təşkilatları ilə iş sektorunun yaradılması, yaradıcıgənclərə öz ideya və baxışlarını paylaşmaq üçün dövlət yardımlarının ayrılması bunun bariz nümunəsidir. O ki qaldı müxalif gənclərin iddialarına, bu iddialar tamamilə əsassız və qeyri-real fikirlərdir”.

Ulu Öndər Heydər Əliyevin 91 illiyi ərəfəsində TUMİB tərəfindən bir sıra tədbirlərin keçiriləcəyini deyən qurum sədri bildirdi ki, Heydər Əliyev irsinin öyrənilməsi gənclərimizə sabaha inam aşılayır: “Ulu Öndər hələ sovetlər birliyində ölkəyə rəhbərlik etdiyi dönəmlərdə azərbaycanlı gənclərin ittifaq ali məktəblərində təhsil alıb, peşəkar kadr kimi yetişməsinin əsasını qoyub. Bu gün yüksək dövlət idarəçiliyində təmsil olunan yüzlərlə kadr məhz Ulu Öndər Heydər Əliyevin sayəsində belə peşəkar mövqeyə sahib olublar. Azərbaycan gəncliyinə bu gün diqqət yüksək səviyyədədir və ölkə gəncliyi bütün xarici ideologiyaların ölkəmizə idxalına qarşı qətiyyətlə “yox” deyir. Gənclərimiz azərbaycançılıq və Heydər Əliyev ideyalarına sadiqdir”.

OXŞAR XƏBƏRLƏR