5 il əvvəl Zorik üzündən ayrıldığı nişanlısı ilə yenidən birləşən Naina İbrahimova artıq prodüserə maraqlı deyil. Bu yaxınlarda da Naina ilə çox mehriban fotolar çəkdirib mətbuata yayan Zorik açıqlamasında, yaxın dostunun nişan xəbərinə laqeydlik nümayiş etdirdi: "Bu məsələnin mənə heç yoxdur. O zaman Naina sərbəst xanım idi və biz dost idik. İstədiyimiz kimi əylənib, şəkil çəkdirmək ixtiyarımız var idi. O oğlanla sonradan nişanlanıb-ayrılmışdılar. İndi Naina kiminlədir, kimə ərə gedir və nə işlə məşğul olur mənə maraqlı deyil. Onunla işbirliyimizə mən son qoymuşam. Naina artıq mənə maraqsızdır."