“O, mənim nəvəm deyil” - Qayınanadan gəlininə qarşı şok iddia

“O, mənim nəvəm deyil” - Qayınanadan gəlininə qarşı şok iddia
MAQAZİN
12:57 30.03.2018
4855
ARB TV-nin "Sirdaş Rövşanə" proqramında qalmaqal yaşanıb.

Belə ki, oğlu və gəlini boşandıqdan sonra nəvələrini görməyən nənə gəlini tərəfindən bu addımın atıldığını bildirib. Gəlin isə məhkəmənin qərarı ilə uşaqları atasına göstərə biləcəyini bildirərək, qayınanasına qarşı aqressiv olduğunu bildirib.

AZXEBER.COM bildirir ki, proqramda ekspert qismində əyləşən psixoloq Könül Cəfərova da hər iki tərəfi dinləyərək rəy bildirib: "Biz orada olanda gəlin iddia etmədi ki, uşaqlar atası ilə görüşməsin. İcazə verirdi. Amma söylədi ki, mən qayınanama qarşı aqressivəm. Adicə sizə kiçik bir epizod deyim. Biz gedəndə xanım iddia etdi və bizi maşından 2-ci dəfə yerə düşürtdü ki, onlar yalandan göstərdi və o mənim nəvəm deyil. Dedik ki, xanım olmaz belə şey. Ağır iddiadır. Ən azından bizi orada aldatmırdılar. İnsanları o vəziyyətə gətirib çıxartmaq lazım deyil. Biz sizi də yetərli qədər dinlədik və birtərəfli qərar vermirik".

İddiaçı bu fikirlərə münasibət bildirib:

İddiaçı (Qayınana): "Mən tanımadım nəvəmi. Siz tanımırsız ki, mən tanıyıram. Siz birtərəfli qərar verməyin. Onların da mədəniyyətini gördük. 3 ildir mən nəvəmi görmürəm. Oxşamırdı nəvəmə, tanımadım uşağı"
 

OXŞAR XƏBƏRLƏR