"O niyə namizədliyini geri götürdü anlamadım".
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Muharrem İncənin namizədliyini geri götürməsinə münasibət bildirərkən deyib.
Ərdoğan bu vəziyyətə üzüldüyünü də bildirib: "Düzünü deyim bu vəziyyətə üzüldüm. Kaş ki, sona qədər mübarizə aparardı. Nə oldu da namizədliyini geri götürdü anlamadım".
Qeyd edək ki, Muharrem İncə bu gün prezidentliyə namizədliyini geri götürdüyünü açıqlayıb.
Gülay