İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçi - müəllimi olan 1969-cu il təvəllüdlü Zülfiyyə Baxışovanın üç yaşlı uşağı vurması və bu görüntülərin sosial şəbəkələrdə yayımlanması cəmiyyətdə etirazlara səbəb olmuşdu.
Körpənin valideyninin tərbiyəçidən şikayətçi olmaması isə bu qəzəbin daha da böyüməsinə səbəb oldu və ortaya yeni suallar çıxartdı.
Vətəndaşlar eyni hadisə ilə qarşılaşsaydılar nə edərdilər?
AZXEBER.COM-un çəkiliş qrupu bu suala cavab tapmaq üçün Bakı sakinlərinə mikrofonunu uzadıb.