Bir ekosistemi “Spark Tələbə İnnovasiya Proqramı”nın qaliblərini elan etdi

Bir ekosistemi “Spark Tələbə İnnovasiya Proqramı”nın qaliblərini elan etdi
İQTİSADİYYAT
12:21 25.06.2026
1379

Qafqazın ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi olan Bir, gənclərin innovativ ideyalarını real həllərə çevirmək məqsədilə həyata keçirdiyi "Spark Tələbə İnnovasiya Proqramı”nı uğurla yekunlaşdırıb.

Beş ay davam edən proqramın final mərhələsində 9 komanda öz məhsul və həllərini münsiflər heyətinə təqdim edib. Finala qədər iştirakçılar Bir ekosisteminin məhsul sahiblərindən mentorluq dəstəyi alıb və fərqli mövzularda təlimlər keçiblər.

Bir ekosisteminin yerli innovasiya laboratoriyası Future Lab-da təşkil olunan finalda münsiflərin qiymətləndirməsinə əsasən, ən innovativ həllər təklif edən üç komanda qalib adını qazanaraq pul mükafatları ilə təltif olunublar. Birinci yerə "KəndYol” komandası (4000 AZN), ikinci yerə "AEVIC Esports” komandası (2000 AZN), üçüncü yerə isə "Booker” komandası (1000 AZN) layiq görülüb.

İlk yerin qalibi olan "KəndYol” aqrar sahədə istehsalçılar və istehlakçılar arasında əlaqələrin daha səmərəli qurulmasına yönəlmiş həllə çıxış edib. Layihənin sosial təsir potensialı və davamlı inkişaf perspektivləri nəzərə alınaraq, komanda münsiflər heyəti tərəfindən birinci yerə layiq görülüb.

İkinci yerin sahibi "AEVIC Esports” gənclərin inkişafına və ölkədə esports (kiberidman) ekosisteminin gücləndirilməsinə istiqamətlənmiş yanaşması ilə fərqlənib. Bu layihənin məqsədi yeni istedadların kəşf edilməsi və onların peşəkar və karyera inkişafı, o cümlədən ümumilikdə esports mədəniyyətinin aşılanmasını dəstəkləməkdir.

Son olaraq, "Booker” komandasının irəli sürdüyü layihə bilik və mütaliə resurslarının daha əlçatan və səmərəli şəkildə paylaşılmasını, oxu mədəniyyətinin inkişafını və geniş oxucu icmasını bir araya gətirməyi hədəfləyir. Layihənin cəmiyyətə müsbət sosial təsir potensialı münsiflər heyəti tərəfindən üçüncü yer ilə dəyərləndirilib.

Bununla yanaşı, finalda iştirak edən 9 komandanın bütün üzvləri Bir ekosisteminin müxtəlif bizneslərində təcrübə proqramına qəbul olunublar. Məqsəd yeni texnologiya və innovasiyalara marağı olan gəncləri bir araya gətirmək, onların karyera və inkişafını stimullaşdırmaq, real iş mühitində praktik təcrübə imkanı yaratmaqdır.

Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKartla qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir, Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.

Ətraflı məlumat üçün: bir.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İraqdan İrana bütün uçuşlar dayandırıldı
02:32 26.09.2026
İraqdan İrana bütün uçuşlar dayandırıldı
Azərbaycanda deputatla satıcı arasında qarpız üstündə MÜBAHİSƏ: “İşimdən oldum, 4 balam çörəksiz qaldı”
01:19 26.09.2026
Azərbaycanda deputatla satıcı arasında qarpız üstündə MÜBAHİSƏ: “İşimdən oldum, 4 balam çörəksiz qaldı”
Türkiyənin "Adriana Lima"sı saxlanıldı
01:17 26.09.2026
Türkiyənin "Adriana Lima"sı saxlanıldı
Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri - VİDEO
01:00 26.09.2026
Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri - VİDEO
ÜST rəhbərindən dünyaya HƏYƏCAN TƏBİLİ: "Yeni pandemiya qaçılmazdır"
00:44 26.09.2026
ÜST rəhbərindən dünyaya HƏYƏCAN TƏBİLİ: "Yeni pandemiya qaçılmazdır"
Gəncədə “Kia” ilə “Qazel” toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
00:34 26.09.2026
Gəncədə “Kia” ilə “Qazel” toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək
00:20 26.09.2026
Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək
Bürclər bu günə nə deyir?
00:08 26.09.2026
Bürclər bu günə nə deyir?
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
23:59 25.09.2026
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
23:37 25.09.2026
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
"Təzə evlənmişdi, ailəmiz məhv oldu" - Tələbə dostunun toyuna gedən İlkinin müəmmalı sonu - VİDEO
23:31 25.09.2026
"Təzə evlənmişdi, ailəmiz məhv oldu" - Tələbə dostunun toyuna gedən İlkinin müəmmalı sonu - VİDEO
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
23:20 25.09.2026
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
Müavinət və təqaüd alanlara mühüm xəbər
23:14 25.09.2026
Müavinət və təqaüd alanlara mühüm xəbər
Evdə hazırlanan qidaların satışı ilə bağlı yenilik bahalaşmaya səbəb olacaq? - VİDEO
23:03 25.09.2026
Evdə hazırlanan qidaların satışı ilə bağlı yenilik bahalaşmaya səbəb olacaq? - VİDEO
İnsanları həyatından ən asan çıxaran 4 bürc: tərəddüd etmirlər
22:52 25.09.2026
İnsanları həyatından ən asan çıxaran 4 bürc: tərəddüd etmirlər
Birdən çox kartı olanlara VACİB XƏBƏR: Banklar Assosiasiyasından YENİ AÇIQLAMA
22:38 25.09.2026
Birdən çox kartı olanlara VACİB XƏBƏR: Banklar Assosiasiyasından YENİ AÇIQLAMA