Aparıcı Zaur Nəbioğlu etirafı ilə diqqət çəkib.
AZXEBER.COM xəbər verir ki, o, aparıcısı olduğu "Rəngarəng" verilişində qorxularından danışıb.
Travmalarından danışan aparıcı mülklərinin sayını da açıqlayıb:
"Hər zaman deyirdim ki, evim olsun. Avtomobildən çox ev arzulamışam hər zaman. Hətta dostlarım deyirdi ki, səndəki bu ev arzusu nədir belə? Mən heç kəsə başa sala bilmirdim ki, zamanında o qədər evsiz qalmışam ki, artıq küçədə qalmaq qorxum var. Elə bilirəm bu hal yenə təkrarlanacaq, ailəm küçədə qalacaq.
Hazırda yaşadığım evi ipoteka ilə almışam, Lökbatanda da balaca bir evim var, hələ tikilir. İstəyirəm sayca evim çox olsun. Birdən birinə bir şey olsa, o biri evdə yaşayım. Zamanında yataqxanada qalmışam. Yanında park var idi, orada günəbaxan tumu satırdım. Avtobusda sürücünün köməkçisi də işləmişəm, küçədə meyvə suyu da satmışam. Bunu deməkdən çəkinmirəm".
Aysel









































