‘O qəzanın olmaması üçün hər şeyimi qurban verərdim’ - Nazir

DÜNYA
14:11 22.05.2014
1544

Türkiyənin enerji və təbii ehtiyatlar naziri Tanər Yıldız Somadakı mədən hadisəsinin məsuliyyətini üzərinə götürdüyünü açıqlayıb: "Qüsurumuz yoxdur" deyib, məsələnin üstünü ört-basdır edə bilmərik. Əgər siyasi məsul axtarırlarsa, mən həmin məsuliyyəti üzərimə götürürəm."

Nazir bunu jurnalist Seda Şimşəyə müsahibəsində bildirib.

"Hamımız məsuliyyət daşıyırıq. Bundan qaça bilmərik və bunu deməkdən çəkinməməliyik. Soma hadisəsində canlar gedib, övladlar atasız - yetim qalıb. Mənim vəzifəmin bir can qarşısında, bir gözüyaşlı yetim qarşısında nə qiyməti var? O qəzanın olmaması üçün hər şeyimi qurban verərdim.”, - T.Yıldız belə deyib. (salamnews)

OXŞAR XƏBƏRLƏR