"O rola görə ürəyimdə problem yarandı" - Məleykə Əsədovadan illər sonra gələn etiraf

"O rola görə ürəyimdə problem yarandı" - Məleykə Əsədovadan illər sonra gələn etiraf
MAQAZİN
12:22 25.12.2025
174
"Sənətə ilk gəlişim "Gültəkin" rolu ilə olub. Bu rol mənə uğur gətirib, Xalq artisti adını da ona görə almışam". 
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova "Rəngarəng" verilişində deyib.
 
Aktrisa bildirib ki, oynadığı rollar onun sağlamlığında ciddi problemlər yaradır:
 
"İlk sənətə gəlməyim "Aydın" tamaşasında "Gültəkin" rolu ilə olub. Bu rol mənə uğur gətirib, Xalq artisti adını da ona görə almışam. O obrazı o qədər ürəkdən oynamışam ki, hətta emosionallıqdan ürəyimdə problem yaranmışdı. Xəstəxanada müalicə alırdım. Xoşbəxtlikdən 10 il sonra o rolu bir də oynadım. O obraza ürəklə daxil olmasam, oynaya bilmərəm. Hər zaman ağır qadın obrazlarını canlandırmışam. Bütün rollarımdan sonra mənim sağlamlığımda problemlər yaranıb. Belə də olmalıdır".
 
Aysel

OXŞAR XƏBƏRLƏR