Ard-arda yeni işlərini təqdim edən gənc müğənni Rəsul Əfəndiyev daha bir klipini izləyicilərinin ixtiyarına verib.
AZXEBER.COM xəbər verir ki, mahnının sözləri Xanım İsmayılqızına, musiqisi isə Erkinə məxsusdur. "O Sənsən" adlanan mahnının aranjemanını Tural Məmmədov edib. Ekran işi müğənninin şəxsi "Youtube" kanalında yayımlanıb.
Əfəndiyev Qubada lentə alınan klipinin rejissorluğunu bu dəfə Delee Orucluya həvalə edib.
Klipi təqdim edirik: