“O ses Türkiye” verilişinin növbəti buraxılışında Təbrizdən olan azərbaycanlı Cəlal Taheri bəstəkar Ələkbər Tağıyevin mahnısını oxuyub.
AZXEBER.COM xəbər verir ki, Türkiyənin “Star” telekanalında nümayiş olunan verilişdə “Sən gəlməz oldun” mahnısı (sözləri Mədinə Gülgün) səsləndirilib.Cəlal Taherinin ifası maraqla qarşılanıb.Oxuculara sözügedən çıxışı təqdim edirik.