“O ses Türkiye” yarışmasında Hadisənin komandasındakı oyunçulardan biri olan Filiz Aydın Hadisə və Acun İlıcalı haqqında maraqlı açıqlamalar verib.
AZXEBER.COM-un verdiyi məlumata görə, bir gün əvvəl yarışdan kənarlaşdırılan gənc müğənni münsiflərin qərəzli mövqe tutduğunu bildirib:
“Hadisə məni qəsdən uduzdurdu. Dİgər oyunçu onun uşaqlıq dostu olduğu üçün ona toxunmadı. Bu yarışda hər şey planlaşdırılıb və qalib məlumdur. Sadəcə, türk xalqını aldadırlar. Hadisə özü də belə bir yarışdan çıxıb. Bunu unutmamalıdı”.
Filiz Aydın yarışma zamanı pulunun oğurlandığını deyib: “Hər şey ekranda göründüyü kimi deyil. Orada mənim 500 TL (bizim pulla 220 manat) pulumu oğurladılar, heç kimin vecinə olmadı. Mənə oxutmamış müqavilə imzalatdırdılar. Müqaviləyə görə 3 il ərzində albom çıxara bilmərəm. İşləyib ailəmə pul qazanmalıyam, amma bunu necə edəcəyimi bilmirəm”.
Ceyhun