"O sevgini yaşamaq üçün nələri verməzdim... "

KÖŞƏ
19:02 23.01.2011
2460

 

 - Nərgiz,yatmısan Nərgiz? Mənəm. Səsimi çıxarmayım gerek. Elə bilsinlər yatmışam.. "Getdi. Aha,100% getdi. O biri otaqdan işığı söndürdülər. Demək ki, artıq az qalıb. Hə... Hamı yuxuya qərq olub. Qaranlıq və sükut.

Nəhayət ki, gəl dostum. Artıq gələ bilərsən.Heç kim görməyəcək bizi. Gəl bir küncə sığınaq. Yalnız ikimiz... Yalnız sən və mən.. burda qəribə nə var? Hamının dostu var daa.

 Yox əzizlərim, əslində çox qəribə dostdur menim dostum. Çoxu ondan uzaq qaçır. Eh, onlar sadəcə onun dəyərini anlamırlar, dərk etmirlər. O mənimlə eyni gündə dünyaya göz açıb. Elə o gündən dost olmuşuq biz də. Heç yalnız qoymadı məni. Hərdən sıxılıram, axı məndə bacım, qardaşım olmağını istərdim. O sevgini yaşamaq üçün nələri verməzdim...

 Amma ən azından nə yaxşı ki, bu dostum var. O, dost təmənnasız yanımda oldu hərzaman. Gecənin hər bir aləmində hamı şirin yuxuda olanda,mən dərdimi, kədərimi bölüşməyə kimisə axtardım. Bu dostum çatdı mənim köməyimə daima. Birlikdə bölüşdük onunla kədərimi. Sakitcə dinlədi məni hər görüşümüzdə. Susdu və dinlədi...

 Nə danladı,nə yol göstərdi. Sadəcə susdu və dinlədi... Bəziləri onu mənim yanımda görüb məni zəif adlandırdılar, bəziləri isə onu yanımda görəndə ürək sirdaşım kimi qəbul etdilər...Qəribədir bugünə kimi heç yalnız qoymadı məni. Heç... Bu həyatda yeganə təmiz dostumdur. Bu Göz yaşlarımdır. O, göz yaşları ki,yıxılanda da yanımda oldu, yüksəklərdə olanda da. Heç nankorluq etmədi. Bəzən nifrət etdim dostuma. Elə bildim onu yanımda görəndə məni zəif bilirlər. Amma sonra anladım ki, hər şey, hamı gəldi-gedərdi... O dostumun sayəsində Allah günahlarımın tövbəsini qəbul etdi. Bir tək odur mənə qalan...Bir tək O... NƏRGİZ KƏRİMOVA

 

OXŞAR XƏBƏRLƏR