”O Tovuz ləhcəsini hiss etdirməmək üçün türkcə danışır”
MAQAZİN
15:13 25.01.2016
10651
ANS-in aparıcısı Rövşanə Ağasəfqızı qardaş ölkədə yaşayan azərbaycanlı model Günay Musayevanın Türkiyə türkcəsində danışmasını qınayıb.AZXEBER.COM-un məlumatına görə, aparıcı sosial şəbəkədə modellə bağlı bunları yazıb:“Adam cəmi 6-7 il xaricdə yaşayıb. Sizcə, bu müddət öz doğma Azərbaycan dilini unutmağa bəs edər? Yoxsa xaricdən gələndən sonra adam Azərbaycan dilində danışmağı özünə yaraşdırmır? Nə düşünürsünüz? Təsir etmək başqa, tamam xarici dildə danışmaq başqa. Təsir bir-iki sözdə özünü göstərsin. Sadəcə görüntü yaradıblar, ayıbdır vallah. Türk dili bizə yad olmasa da, ləhcə fərqi kifayət qədərdir. İnanmıram ki, qısa müddət ərzində tamamən öz dilimizi unudub, türk ləhcəsinə keçmək olsun. Bu sadəcə fərqli görüntü yaratmaqdır”.ANS-in aparıcısı Elnarə Təhməzova da R.Ağasəfqızının sözlərinə münasibət bildirib:“Məsələ ana dilini unutmaq deyil. Dilimizi əla bilir, anlayır. Sadəcə, bu tip insanlar kompleksli olurlar. Tovuz ləhcəsini hiss etdirməmək üçün türkcə danışırlar”.Qeyd edək ki, G.Musayevanın ATV-də yayımlanan "Bu stil mənim" yarışmasında Türkiyə türkcəsində danışması sosial şəbəkədə müzakirələrə səbəb olub.