‘O zaman hansı insan hüquqlarının qorunmasından danışmaq olar?

‘O zaman hansı insan hüquqlarının qorunmasından danışmaq olar?
SİYASƏT
12:34 18.06.2013
1613

"BMT-nin İnsan Hüquqları Komissiyası, Avropa Şurasının İnsan Hüquqları Komissarlığının nümayəndələri hər dəfə Azərbaycana gələndə bizə irad tuturlar ki, biz hüquqları pozulmuş insanların haqlarını lazımi səviyyədə müdafiə edə bilmirik. Bu müstəvidə çox maraqlı yanaşma var. Mən uzun müddətdir Azərnbaycanda olan 1 milyondan artıq məcburi köçkün və qaçqının problemləri ilə məşğulam. Azərbaycan torpaqlarının 20 faizi Ermənistanın işğalı altındadır. Dünyanın mötəbər qurumları, beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı müxtəlif qərarlar qəbul ediblər. Amma çox təəssüflər olsun ki, qəbul olunmuş bu qərarlar icra olunmur. O zaman hansı insan hüquqlarının qorunmasından danışmaq olar? Həmin o insan hüquqları ilə məşğul olan beynəlxalq qururmlar yaxşı olardı ki, əvvəlcə özlərinin qəbul etdikləri qərarların icrası ilə məşğul olunsunlar, sonra gəlib bizə insan hüquqlarından dərs keçsinlər. Biz o zaman həmin dərsləri qəbul edərik."

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Bakıda "Davamlı inkişaf strategiyalarının yeni mexanizmlərinin insan hüquqlarının müdafiəsində və təbliğində rolu" mövzusuna həsr olunmuş ombudsmanların XI Bakı Beynəlxalq konfransında bildirib.

Baş nazirin müavininin fikrincə, dünyada beynəlxalq qərarları icra etməyənlərə qarşı münasibət dəyişməlidir. Dünyada iqtisadi inkişaf yüksəldikcə, insan hüquqlarının qorunması da ona uyğun olmalıdır. Çox təəssüflər olsun ki, belə deyil. Güclülər zəiflər üzərində təzyiq imkanlarını daha da artırırlar. İnsan hüquqlarının qorunması məsələsi daha da aktuallaşır. Dünya sivilləşdiksə insan hüquqlarının qorunmasına tələbat günbəgün artır:

"İnsan hüquqları ilə bağlı qəbul olunmuş beynəlxalq səviyyəli qanun-qaydalar, konvensiyaların əksəriyyətı icra olunmur. Səbəb nədir? Bu beynəlxalq hüquqşünasları düşündürməlidir. Nə üçün bunun icra mexanizmləri lazımi səviyyədə deyil? Niyə bunlar hər bir millətə, xalqa qarşı eyni səviyyədə tətbir olunmur?"

Onun sözlərinə görə, ümumiyyətlə, dünyadakı münaqişə zonalarının sayı ilbəil artır. Hazırda dünyada 36 milyondan çox qaçqın və məcburi köçkün var, lakin onların hüquqlarının qorunması ilə bağlı demək olar ki, heç bir sənəd yoxdur. Ona görə də Əli Həsənovun fikrincə, məcburi köçkünlərin hüquqlarının qorunması üçün beynəlxalq konvensiya qəbul olunmalıdır.

Onun sözlərinə görə, Azərbaycanda insan hüquqlarının qorunmasına yüksək səviyyədə diqqət və qayğı göstərilir. O, həmçinin qeyd edib ki, son illərdə Azərbaycanın əldə etdiyi uğurlar ona paxıllıq edənlərin sayını artırıb:

"Azərbaycan son 10 ildə ən inkişaf etmiş ölkələrdən birinə çevrilib. Azərbaycan dünyanın ən tolerant ölkəsidir. Ona görə də Azərbaycana qarşı diqqət və maraq artıb. Azərbaycan inkişaf etdikcə, dövlətə və onun prezidentinə beynəlxalq səviyyədə qısqanclıq və paxıllıq artır. Amma biz bunun əksini görməliydik. Əgər dövlət başçısı ölkəsinin, xalqının rifahını yaxşılaşdırırsa, ona qaşrı münasibət də yaxşı olmalı idi".

Əli Həsənovun sözlərinə görə, Azərbaycan xalqı tam əmindir ki, 2020-ci ilədək planlaşdırılan bütün strategiyaların icrası tam təmin ediləcək.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
21:30 08.07.2025
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
Netanyahu Trampla yenidən görüşəcək
21:18 08.07.2025
Netanyahu Trampla yenidən görüşəcək