"O zamana qədər Qarabağ məsələsi ilə bağlı ciddi razılaşma, çətin ki, mümkün olsun"

"O zamana qədər Qarabağ məsələsi ilə bağlı ciddi razılaşma, çətin ki, mümkün olsun"
SİYASƏT
14:37 02.11.2018
4537
Ermənistanda siyasi vəziyyət sabitləşənədək Dağlıq Qarabağ məsələsinin nizamlanması ilə bağlı ciddi razılaşma çətin ki mümkün olsun.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O bildirib: "Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri vəzifələrini icra edən Nikol Paşinyan arasında Düşənbədə keçirilmiş söhbət zamanı əldə edilmiş razılaşma ondan ibarət idi ki, əlaqələri davam etdirmək lazımdır, xarici işlər nazirləri görüşləri davam etdirəcəklər və Ermənistanla Azərbaycan ATƏT Minsk qrupunun həmsədrləri ilə işləməyə hazırdır. Biz bu razılaşmanı alqışlayırıq".

S.Lavrov əlavə edib: "Hələ ki, daxili siyasi proseslər başa çatmayıb, çətin ki, bu böhrandan çıxış üçün konkret variantlar nəzərdən keçirilsin".
OXŞAR XƏBƏRLƏR