Obama bu dəfə 'jim' etdi

DÜNYA
10:45 10.04.2012
2908

Ağ ev ilin ən qonaqlı qaralı günlərindən birini keçirib.

AZXEBER.COM-un Qərb mətbuatına istinadla verdiyi məlumata görə, Pasxa bayramı münasibəti ilə Ağ evin həyətində uşaqlar üçün şənlik keçirilib. Obama ailəsi ilk olaraq uşaqları eyvandan salamlayıb. Daha sonra isə Barak Obama həyat yoldaşı və qızları ilə uşaqların yanına gəlib. 

Pasxa tədbiri çərcivəsində Ağ evin həyətində uşaqlar üçün yarışlar, müsabiqələr keçirilib. ABŞ prezidenti uşaqların hakimi olub, Mişel Obama isə uşaqlara yarışda köməklik göstərib.  Bundan sonra Ağ evin rəhbəri və həyat yoldaşı uşaqlar üçün hekayə oxuyublar. Obama hekayədəki heyvanların səsini təqlid etməyə çalışıb. Bu işdə isə onun əsas köməkçisi Ağ evin iti "Bo" olub.

OXŞAR XƏBƏRLƏR