Obama: 'Dünya ictimaiyyəti bu kobud hərəkəti həmrəyliklə qınamalıdır'

DÜNYA
11:20 13.09.2012
1409
Liviyada ABŞ səfirinin öldürülməsi ilə nəticələnən zorakılığa görə cavabdeh olanlar mütləq tapılmalı və məsuliyyətə cəlb edilməlidir. Bu cür bəyanatla Ağ Ev rəsmiləri çıxış edib. "Birləşmiş Ştatlar bu hücumu şiddətlə qınayır. Mən diplomatlarımızın qoruması üçün Liviya hökuməti ilə əlaqə yaratmışam. Həmçinin, bütün ABŞ səfirliklərinin təhlükəsizlikyinin qorunması üçün əmr vermişəm. Səfirimizə hücum edən mütləq ədalət qarşısında cavab verəcək. Amerikanın əsası qoyulandan indiyə kimi bütün əqidə və etiqad növlərinə hörmətlə yanaşıb. Başqalarının dininə qarşı heç vaxt küfrlə danışmamışıq. Bu cür mənasız cinayətin törədilməsinə heç cür haqq qazandırmaq olmaz. Dünya ictimaiyyəti bu kobud hərəkəti həmrəyliklə qınamalıdır", - deyə Barak Obama fikrini bildirib. "Bu hücum yəqin ki, bütün dünyada insanların vicdanına təsir edib. Biz bunu qınayırıq və ölənlərin ailələrinə baş sağlığı veririk. Bu gün özümə belə bir sual verdim. Demokratiya əldə etməsi üçün dəstək olduğumuz bir ölkədə bu hadisələr necə baş verə bilər? Bu dünyanın necə mürəkkəb və qarışıq bir yer olduğunu göstərən hadisədir. Biz sayıqlığı itirməməliyik. Ən azından bu Lviya xalqı tərəfindən deyil, kiçik dəstə qrup zorakı insanlar tərəfindən törədilən bir hadisədir. Bu hadisə dostluğumuz zərər verməyəcək. Azad və stabil Liviya Amerikanın hələ də marağındadır. Biz bu ölkəyə arxamızı dönməyəcəyik. Lakin cinayətkarlar tapılıb cəzalandırılmayanadək də sakit oturmayacağıq", - deyə ABŞ Dövlət katibi Hillari Klinton qeyd edib. ABŞ prezidentliyinə namizəd olan Mit Romninin məsələ ilə bağlı mövqeyi isə sərt olub. Romni bildirib ki, filmdə peyğəmbərin təhqir olunmasına görə, ABŞ hökumətinin İslam dünyasından üzr istəməsi və ya filmin istehsalçısının mühakimə olumnası kimi addımlar atması yol verilməzdir. Bu barədə fikir söyləyən Romni qeyd edib ki, "Amerika hadisə ilə bağlı üzr istəməklə deyil, ölkənin suverenliyinin pozulmasına görə, qəzəbini ifadə etməklə reaksiya verməlidir", - deyə Romni əlavə edib. Fransanın xarici işlər naziri Loran Fabiüs da, həmçinin, belə bir zorakılığın yol verilməz olduğunu qeyd edib.

OXŞAR XƏBƏRLƏR