ABŞ prezidenti səhiyyə islahatından danışarkən müvazinətini itirən qadını yıxılmaqdan xilas edib
Amerika Birləşmiş Ştatları prezidenti Barak Obamanın «Obamacare» səhiyyə islahatı ilə bağlı çıxışı maraqlı məqamla yadda qalıb. Associated Press agentliyinə istinadən verilən məlumata görə, Obama 26-dəqiqəlik nitqini sona çatdırmaq üzrə ikən, onun arxasında dayanan hamilə qadın müvazinətini itirib və Amerika prezidenti qadına kömək etmək üçün nitqini yarımçıq kəsib. «Hər şey yaxşıdır. Mən burdayam. Səni tutdum.» - deyə Barak Obama bildirib. Daha sonra ABŞ prezidenti zarafatla əlavə edib: «Mən həmişə çox danışanda belə olur.» - sitatın sonu. 26 yaşlı Karmel Elison isə daha sonra «Tvitter»də Barak Obamaya təşəkkür edib.(Ans press)
![](/file/pic/xeber/2013-10-22/82815.jpg)
![](/file/pic/xeber/2013-10-22/82816.jpg)
![](/file/pic/xeber/2013-10-22/82817.jpg)
![](/file/pic/xeber/2013-10-22/82818.jpg)