Obama həyatındakı 10 önəmli qadının adını açıqladı - FOTOLAR

Obama həyatındakı 10 önəmli qadının adını açıqladı - FOTOLAR
DÜNYA
10:50 07.08.2013
2636

ABŞ prezidenti Barak Obama həyatındakı on önəmli qadından danışıb.

Avqustun 4-də 52 yaşını qeyd edən ölkə başçısı onun üçün ən önəmli qadının həyat yoldaşı Mişel Obama olduğunu deyib: “20 il bundan əvvəl mən həyatımın ən böyük sevgisi və dostumla nikah masasına oturdum. O, həqiqətəndə təkcə sevimli qadınım yox, həm də sirdaşımdır. Bilmək istəyirsiniz Barak prezident seçkilərində necə mübarizə aparıb, çıxışlar edib? Mişelin sayəsində, o mənimlə birlikdə addımlayıb”. Mişel isə müsahibələrinin birində həyat yoldaşı haqqında bunları deyib: “Toy ərəfəsində Obama məni qızıla bürüyəcəyinə söz verməmişdi. O, mənə maraqlı həyat yaşadacağına söz vermişdi, bunu da etdi”.

ABŞ prezidenti həyatındakı digər önəmli qadınların da adlarını çəkib. O, qızları Maliyanın, Nataşanın, anası Stenli En Denhamın, nənəsi Madlen Denhemin, xalası Marian Şilds Robinsonun, ata tərəfdən nənəsi Sara Obamanın, müğənni Beyonsun və aktrisa Culiya Robertsin, Kaliforniya ştatının baş prokuroru Kamala Harrisin onun həyatında böyük məna daşıyan qadınlar olduğunu açıqlayıb. //axsam.az

OXŞAR XƏBƏRLƏR