AZXEBER.COM BBC-yə istinadən xəbər verir ki, Obamanın təbirincə, Kenya son onilliklər ərzində iqtisadi və siyasi cəhətdən xeyli irəliləyib.
Eyni zamanda, ABŞ prezidenti xəbərdarlıq edib ki, korrupsiya, terrorçuluq, etnik ziddiyyətlər, tayfaçılıq, yerliçilik kimi hallar ölkənin gələcəyi üçün təhlükə kəsb edə bilər.
Obamanın Keniyaya səfəri cümə günü başlayıb, və onun ata yurduna prezident qismində ilk səfəridir.
Keniya prezidentilə danışıqlardan sonra hər iki lider "terrora qarşı mübarizədə" ölkələrinin birgə olduğunu qeyd ediblər.
Bazar günü prezident Obama Keniyadan Efiopiyaya yollanacaq.
Barack Obama Efiopiyaya rəsmi səfərə gələn ilk ABŞ prezidenti olacaq.
Çərşənbə axşamı Efiopiyada Afrika Birliyinin sammiti keçiriləcək.
Barack Obama həmin sammitdə çıxış edəcək ilk ABŞ prezidenti olacaq.