ABŞ prezidenti Barak Obama Soçi Olimpiadasına yola düşəcək ABŞ nümayəndə heyətinə rəhbərlik etməyəcək.
AZXEBER.COM-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, Soçidə 2014-cü ildə keçiriləcək Olimpiadanın 7 fevral tarixində baş tutacaq açılışına ABŞ-dan yola düşəcək heyətə ölkənin sabiq daxili təhlükəsizlik naziri, Kaliforniya Universitetinin rəhbəri Canet Napolitano rəhbərlik edəcək. Məlumatı Ağ Evin mətbuat xidməti yayıb.Qeyd edək ki, daha əvvəl Soçidəki olimpiya oyunlarına yola düşməkdən Fransa prezidenti Fransua Olland, Almaniya prezidenti Yoahim Qauk, eləcə də Avropa Komissiyasının vitse-prezidenti, ədliyyə məsələləri üzrə komissar Vivian Redin də imtina ediblər.Olimpiadanın 23 fevralda keçiriləcək bağlanış mərasimində isə ABŞ nümayəndə heyətinə ABŞ Dövlət katibinin birinci müavini Uilyam Berns rəhbərlik edəcək.Hər iki heyətin Barak Obama tərəfindən müəyyənləşdirilən tərkibinə ABŞ-ın Rusiyadakı səfiri Maykl Makfolun da adı daxil olacaq.