Obama şou aparıcısı ilə rəqs etdi - VİDEO

Obama şou aparıcısı ilə rəqs etdi - VİDEO
19:47 23.02.2013
1278
Amerika Birləşmiş Ştatlarının birinci xanımının başlatdığı uşaq piylənməsinə qarşı proqram artıq üç yaşını qeyd edir. Bir il əvvəl Mişel Obama "NBC" telekanalında məşhur şou aparıcısı Cimmi Fellonu Ağ Evə dəvət edərək, onunla həmin proqram çərçivəsində məşq etmişdi.Bu dəfə isə Amerikanın birinci xanımı "Let`s Move!", yəni "Hərəkət et!" adlı kampaniyanın ildönümünü Cimmi Fellonun şousunda qeyd edib. Mişel Obama şouda qadın paltarı geyinmiş aparıcı ilə birlikdə "Ananın rəqsi"ni ifa edib.Qeyd edək ki, xanım Obamanın başlatdığı kampaniya, ilk növbədə, şagirdlərinin üçdə-birinin piylənmədən əziyyət çəkdiyi ABŞ məktəblərində keyfiyyətsiz qida ilə mübarizə və idman etməyə təşviq məqsədi daşıyır.
OXŞAR XƏBƏRLƏR