ABŞ prezidenti Barak Obama Ukraynadakı vəziyyətlə bağlı bəyanatla çıxış edib.
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, Obama Ukrayna xalqının öz müqəddəratını təyin etmək və gələcək taleyini müəyyənləşdirmək hüququna malik olmasını qeyd edib.
Obama bir neçə gün əvvəl Rusiya prezidenti Vladimir Putin ilə Ukraynadakı vəziyyəti müzakirə etdiyini deyib. Həmçinin, ABŞ prezidenti Krımdan gələn məlumatlardan qayğılandığını bildirib.
Onun sözlərinə görə, xarici qüvvələr Ukraynanın suverenliyi və ərazi bütövlüyünə toxunmamalıdırlar. Obama bunun beynəlxalq hüquq normalarına zidd hərəkət olduğunu vurğulayıb.